Maqnit qasırğası ilə bağlı XƏBƏRDARLIQ: Bu xəstəliklər sizdə varsa, mütləq həkimə gedin, əks halda…backend

Maqnit qasırğası ilə bağlı XƏBƏRDARLIQ: Bu xəstəliklər sizdə varsa, mütləq həkimə gedin, əks halda...

Son günlər müşahidə olunan maqnit qasırğalarının insan orqanizminə təsiri barədə sosial mediada müxtəlif fikirlər səslənir. Xüsusilə, baş ağrısı, halsızlıq və əsəbilik kimi hallar bu hadisə ilə əlaqələndirilir.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən terapevt Rasif Bağırov bildirib ki, maqnit qasırğalarının bu simptomlarla birbaşa əlaqəsi elmi cəhətdən sübut olunmayıb:

Rasif Bağırov: "Bizdə korona dalğavaridir, "Delta" ştammının fərqi..." – Müsahibə

“Baş ağrısı, halsızlıq və əsəbilik hallarının maqnit qasırğası ilə ciddi əlaqəsi yoxdur. Əgər insanın orqanizmində hansısa xəstəlik varsa, daimi baş ağrısı və gərginlik müşahidə olunursa, maqnit qasırğası bu vəziyyətlərdə yalnız cüzi dəyişikliklər yarada bilər. Lakin belə simptomların yaranmasına səbəb kimi maqnit qasırğasını göstərmək düzgün deyil.”

Həkimin sözlərinə görə, bu cür narahatlıqların əsas səbəbi əsəb sisteminin pozulmasıdır:

“Əsəb sisteminin pozulmasının müxtəlif formaları var. Bəzən insan elə dərəcədə halsız olur ki, yeriməkdə belə çətinlik çəkir. Bu hallar orqanizmdə baş verən daxili proseslərlə bağlıdır”.

Rasif Bağırov əlavə edib ki, belə hallarda insanlar ilk növbədə nevroloq və ya terapevtə müraciət etməli, səbəbi düzgün müəyyənləşdirməlidirlər.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*