Mask 4 gün sonra trilyonçu statusunu itirdibackend

Mask 4 gün sonra trilyonçu statusunu itirdi

Amerikalı milyarder İlon Mask çərşənbə axşamı “SpaceX” şirkətinin səhmlərinin düşməsi səbəbindən yenidən trilyonçu statusunu itirib.

KONKRET.az xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.

“Çərşənbə axşamı səhər saatlarına olan məlumata görə, İlon trilyonçu olmaqdan çıxıb: “SpaceX”in səhm məzənnəsinin enməsi nəticəsində onun xalis aktivlərinin dəyəri təxminən 26,3 milyard dollar azalıb”, – deyə materialda bildirilir.

Beləliklə, Mask bu statusu bərpa etdikdən cəmi dörd gün sonra yenidən trilyonçu olmaqdan çıxıb.

“SpaceX” (Space Exploration Technologies Corporation) raketlər və kosmik gəmilər istehsal edən Amerikaya məxsus özəl aerokosmik şirkətdir, 2002-ci ildə İlon Mask tərəfindən təsis edilib.

Buna qədər Mask “X” sosial şəbəkəsindəki hesabında “SpaceX” şirkətinin 2027-ci ildə “Nvidia Vera Rubin NVL72” süni intellekt superkompüterlərini orbitə çıxarmağa başlayacağını bəyan etmişdi. Paylaşımda o, buna “demək olar ki, şübhə etmədiyini” qeyd edib./publika

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*