“SpaceX” şirkətinin rəhbəri İlon Mask Ukraynada müharibənin davam etdirilməsini dəstəkləyən avropalıları və neokonservatorları sərt tənqid edib.
KONKRET.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Mask “X” sosial şəbəkəsindəki paylaşımında onları “qan hərisləri, müharibə qızışdıranlar” adlandırıb.
O, bu fikri Ukraynada hərbi əməliyyatların sonsuzadək davam etdirilməsində maraqlı olmaqda ittiham edilən avropalılar və neokonservatorlar barədə paylaşımı şərh edərkən səsləndirib.
Qeyd edək ki, Mask daha əvvəl də münaqişənin davam etdirilməsini dəstəkləyən, lakin onun həlli üçün real yollar təklif etməyən şəxslərə qarşı kəskin mövqe nümayiş etdirib.
Günay Əli
KONKRET.az
