SpaceX şirkətinə məxsus Starship raketi uçuş zamanı növbəti dəfə partlayıb.
KONKRET.az xəbər verir ki, bu, şirkətin ardıcıl üçüncü uğursuz raket sınağı olub və Elon Maskın gələn il Marsa yük uçuşları həyata keçirəcəyinə dair verdiyi vədlərin reallığına dair suallar yaradıb.
Bloomberg agentliyi yazır ki, dünyanın ən varlı adamı olan Elon Mask bu uğursuzluq fonunda Vaşinqtonda apardığı siyasi fəaliyyətini azaldaraq biznes imperiyasına, xüsusilə də SpaceX layihələrinə daha çox diqqət ayıracağını bildirib.
Natiq Səlim,
KONKRET.az