Məhbusun gizlətdiyi narkotik maddə aşkarlandıbackend

Məhbusun gizlətdiyi narkotik maddə aşkarlandı

Bakı İstintaq təcridxanasının əməliyyat aparatları və Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları birgə əməliyyat-axtarış tədbiri keçirib.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən KONKRET.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilən və hazırda Bakı İstintaq təcridxanasında saxlanılan Cavadov Üzeyir Həsənağa oğlu tərəfindən həbs edilməmişdən əvvəl Cəlilabad şəhərində yaşadığı fərdi yaşayış evinin həyətində, odunların arasında gizlətdiyi sellofan bükülülərdə ümumi çəkisi 1 kiloqram 537 qram olan narkotik maddə – heroin və ümumi çəkisi 14,8 qram olan narkotik maddə – tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*