Mehdiyevin yanında o qalır, bazarlığı da mən edirəm…backend

Mehdiyevin yanında o qalır, bazarlığı da mən edirəm...

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmənin qərarı ilə ona 4 aylıq ev dustaqlığı cəzası verilib.

KONKRET.az xəbər verir ki, Ramiz Mehdiyevin Qənbər adlı mühafizəçisi Unikal-a açıqlamasında onun hazırda özünü yaxşı hiss etdiyini bildirib.

“Səhhəti normaldır. Evdə xanımı ilə özü qalır. Oğlu və qızı da gəlib-getmirlər. Onlar öz evlərindədir. Ev üçün bazarlığı da mən edirəm”, – deyə o qeyd edib.

Xatırladaq ki, sabiq PA rəhbəri ev dustaqlığını məşhur “Avropa” otelinin yanında, Tiflis prospektindəki villasında çəkir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*