Məhkəmə Eldar Həsənovla bağlı qərarı gələn həftə verəcək – YENİLƏNİBbackend

Məhkəmə Eldar Həsənovla bağlı qərarı gələn həftə verəcək - YENİLƏNİB

Bakı Apelyasiya Məhkəməsində Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənov barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməməsiylə bağlı qərardan verdiyi şikayətə baxılıb.

Hakim Rəşad Abdulovun sədrliyi ilə bağlı keçirilən prosesdə şikayətin dəlilləri araşdırılıb.

Növbəti proses sentyabrın 22-ə təyin edilib.

Qeyd edək ki, apellyasiya şikayəti E.Həsənov barəsində seçilmiş həbs qətimkan tədbirinin girov qətimkan ilə əvəz edilməməsiylə bağlı vəsatətin təmin edilməməsi ilə bağlı NəsiumiRayon Məhkəməsinin qərarından verilib.

Eldar Həsənova qarşı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) 308-1.1-ci (büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi) maddələri ilə ittiham irəli sürülüb.

Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində noyabrın 3-dək həbs qətimkan tədbiri seçilib.

***

11:38

Bu gün Bakı Apelyasiya Məhkəməsində Azərbaycanın sabiq baş prokuroru, hazırda həbsdə olan Eldar Həsənovun məhkəməsi keçiriləcək.

KONKRET.az-ın məlumatına görə, E.Həsənov girov müqabilində ev dustaqlığına buraxılmaq üçün etdiyi müraciətin təmin edilməməsindən apellyasiya şikayəti verib.

Onun müraciətində Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Pənahov baxaraq rədd etmişdi. Bu qərardan verilən şikayətə isə bu gün saat 15:15-də Bakı Apelyasiya Məhkəməsinin hakimi Rəşad Abdulovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, E.Həsənov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Avqustun 14-də Səbail Rayon Məhkəməsi tərəfindən onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

E.Həsənov Cinayət Məcəlləsinin 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 308-1.1-ci (Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə) maddələri üzrə ittiham təqsirləndirilir.

E.Həsənovun sonuncu vəzifəsi Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*