Məhkəmə Neftçalanın sabiq icra başçısı barədə QƏRAR VERDİ – YENİLƏNİB-2backend

Məhkəmə Neftçalanın sabiq icra başçısı barədə QƏRAR VERDİ - YENİLƏNİB-2

Səbail Rayon Məhkəməsində Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev və digər vəzifəli şəxslərin barəsində seçilmiş qətimkan tədbirlərinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

KONKRET.az report-a istinadən xəbər verir ki, təqdimata hakim Mədinə Bağırovanın sədrliyi ilə baxılıb.

Qərara əsasən, təqdimat təmin edilib və İ.Vəliyev barəsində seçilmiş həbs qətimkan tədbiri daha 3 ay uzadılıb.

Həmçinin digər vəzifəli şəxslər barəsində seçilmiş qətimkan tədbirlərinin müddətinin artırılması barədə təqdimatlar təmin edilib.

***

 12:09
Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev və rayonun digər vəzifəli şəxsləri barələrində seçilmiş qətimkan tədbirlərinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimat ilə əlaqədar Səbail Rayon Məhkəməsinə gətiriliblər. 

KONKRET.az xəbər verir ki, istintaq orqanının verdiyi təqdimata Səbail Rayon Məhkəməsində hakim Mədinə Bağırovanın sədrliyi ilə baxılaraq qərar qəbul ediləcək.

***

09:33

Neftçala Rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev və rayonun digər vəzifəli şəxsləri barələrində seçilmiş qətimkan tədbirlərinin müddətinin uzadılması ilə bağlı məhkəməyə təqdimat verilib.

KONKRET.az report-a istinadən xəbər verir ki, istintaq orqanının verdiyi təqdimata Səbail Rayon Məhkəməsində hakim Mədinə Bağırovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, İ.Vəliyev və digərləri Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.

Onlara qarşı rüşvət, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və s. əməllərilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib.

Həmçinin rayonun digər vəzifəli şəxsləri – icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov da bu cinayət işi üzrə təqsirləndirilirlər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*