Moskva məhkəməsi rejissor Nikita Mixalkovu təsis etdiyi Kino və Teatr Sənəti Akademiyasının sığorta haqları barədə vaxtında məlumat vermədiyinə görə 300 rubl (4 manat 95 qəpik) məbləğində cərimələyib.
KONKRET.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Məhkəmə sənədlərində deyilir: “Mixalkov icbari pensiya sığortası sistemində Rusiya Federasiyasının qanunvericiliyi ilə müəyyən edilmiş müddətdə “ESF-1” formasında hesabat təqdim etməyib”. Nikita Mixalkov məhkəməyə gəlməkdən imtina edib. Buna baxmayaraq məhkəmə rejissorun cərimələnməsi barədə qərar çıxarıb.
Vəli Həsənoğlu,
KONKRET.az