Yanvarın 23-də ABŞ-nin federal məhkəməsi doğuş vətəndaşlığının verilməsini məhdudlaşdıran prezidentin sərəncamının icrasına mane olub.
KONKRET.az “Reuters”ə istinadən xəbər verir ki, hakim həmin sərəncamı açıq-aşkar konstitusiyaya zidd adlandırıb.
Tramp həmin sərəncamı yanvarın 20-də, vəzifəsinin ilk günündə imzalayıb. Hakimin qərarına cavab olaraq Tramp bildirib ki, qərardan apelyasiya şikayəti verəcək. Trampın sərəncamına əsasən, ana və ata ABŞ vətəndaşı olmasa, ABŞ-də doğulan uşaq vətəndaşlıq ala bilməz.
Vəli Həsənoğlu,
KONKRET.az