Məktəb müdirləri sınaq qarşısında: Bilik yoxlaması, yoxsa…?backend

Məktəb müdirləri sınaq qarşısında: Bilik yoxlaması, yoxsa...?

Oktyabrın 25-də məktəbəqədər təhsil müəssisələrinin müdirləri peşəkarlıq səviyyələrinin və peşə yararlılığının müəyyən edilməsi üçün diaqnostik qiymətləndirmədən keçiriləcək. Bəs, müdirlərin peşəkarlığını artırmaq üçün qiymətləndirmədən əlavə hansı mexanizmlər tətbiq edilməlidir?

Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, bu qiymətləndirmə təhsil sistemində hesabatlılıq və şəffaflığın yeni mərhələsini formalaşdırır:

Həddini aşmış bu adam...” – Məktəb direktorundan Kamran Əsədova sərt İTTİHAMLAR | Modern.az

“Bu proses yalnız bilik yoxlaması deyil, həm də idarəetmə, pedaqoji və kommunikativ bacarıqların təhlilidir. Lakin imtahanla məhdudlaşmamalı, davamlı peşəkar inkişaf mexanizmləri tətbiq edilməlidir.”

Ekspertin sözlərinə görə, ölkədə 1800-dən çox bağçada 2 mindən artıq rəhbər vəzifəli şəxs çalışır və onların əksəriyyəti uzun illər eyni vəzifədə qaldığından idarəetmədə yenilənmə zəifləyib. Əsədov hesab edir ki, bu, durğunluğu aradan qaldırmaq üçün üçpilləli peşəkar inkişaf modeli – adaptasiya, fasiləsiz inkişaf və mentorluq mərhələləri tətbiq olunmalıdır.

O, həmçinin “rəhbər-lider laboratoriyaları”nın və “mentorluq proqramı”nın yaradılmasını, hər bir müdir üçün “Rəhbər Peşəkar Profili”nin formalaşdırılmasını təklif edib:

“Bu, təkcə imtahan nəticəsinə deyil, real fəaliyyət göstəricilərinə əsaslanan qiymətləndirmə sistemini təmin edəcək.”

Əsədovun fikrincə, Elm və Təhsil Nazirliyinin bu islahatı məktəbəqədər təhsil sahəsində keyfiyyət idarəetməsi modelinə keçidi göstərir və gələcək nəsillərin inkişafına yönəlmiş ən səmərəli addımlardan biridir.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*