Yeni tədris ili ərəfəsində məktəblərdə dərslərin hansı tarixdə başlayacağı ilə bağlı müzakirələr təkrar gündəmə gəlib. Xüsusilə son illərdə Azərbaycanda tədris ilinin başlanma tarixinin sentyabrın 15-i deyil, 1-də başlaması məsələsi valideynlər və şagirdlər arasında maraq doğurur.
Bəs belə bir dəyişiklik mümkündürmü və bununla bağlı qərar gözlənilirmi?
KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı News24.az-a danışan təhsil eksperti Məzahir Məmmədli bildirib ki, hər yeni tədris ili ərəfəsində bu mövzu gündəmə gəlir, lakin bununla bağlı indiyədək konkret qərar qəbul edilməyib:
“Belə bir dəyişiklik real olsaydı, məsələ əvvəlcədən ictimai müzakirəyə çıxarılıb müxtəlif dairələrin rəyləri öyrənilərdi. Ən azı indidən ictimai müzakirəyə çıxarılardı. Amma təəssüf ki, bu məsələ, yəqin ki, sosial şəbəkələrdə müzakirə olaraq qalacaq. Çünki tədris ilinin başlamasına artıq sayılı günlər qalıb”.
Ekspert qeyd edib ki, dərslərin sentyabrın 15-dən sentyabrın 1-nə keçirilməsi sadəcə tarixin dəyişikliyi deyil, bütövlükdə tədris prosesinin strukturunda müəyyən dəyişikliklərin aparılmasını tələb edir.
“Ona görə də düşünmürəm ki, bu ən azı bu il üçün real olsun. Ola bilsin ki, növbəti illərdə bu məsələ yenidən gündəmə gələr. Lakin bunun üçün rəsmi müzakirələr aparılmalı və Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq təkliflər hazırlanmalıdır. Belə bir qərarın qüvvəyə minməsi üçün dövlət qurumlarının rəsmi qərarı, əmri və ya sərəncamı olmalıdır. Sosial şəbəkələrdə aparılan müzakirələr isə bunun üçün kifayət deyil. Hazırkı vəziyyətdə bu il dərslərin sentyabrın 15-dən əvvəl başlaması real görünmür”.
News24.az məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə sorğu ünvanlayıb. Qurumdan bildirilib ki, məktəblərin sentyabrın 1-də fəaliyyətə başlayacağı ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Agentlik bu cür məlumatlarla bağlı yalnız rəsmi mənbələrə istinad etməyi və yayılan xəbərlərin doğruluğunu həmin mənbələr üzərindən yoxlamağı tövsiyə edib.

Məncə olmasın
Qətiyyən 1 də başlamasın yay gedib çıxıb oktyabra
Məncə ayın 15i başlasın
Məncə ayın 15- i başlasın daha yaxşı olar
Məncə sentyabrın 1 i başlatıb iyinun 1 i qutarmağı çox yaxşı olar
Fərqi nədir ki? Nə gərək var 1-inə keçirilməyinə?
Salam Mence Mekteb 15 sentyabırdan başlamalıdır çunki şagirdler 9 ay eziyyet çekecekler
məncə köhnə vaxt çox yaxşı idi ayın 1 indən həm uşaqlarcün həmdə valideyinlərcün
Mence olmasin
Mencede olmasin ele 15 bawlasa yaxwidi…onsuz hara firlasan 3 ay evde olacaqlarda
Bəlkə konkrektləşdirib bir dəqiq cavab deyəsiniz?
Mence olmasin
belə tez başlasa və mayın sonu bitsə uşaqlarda istidə gəlməz ama ki sentyabrın 1 i başlayıb iyunun 12 si bitsə çox pisdir.
Cox lis fikirdir sentyabrin 15 başlasın
Mence hec vaxt acilmasin ala
Onsuzda dəyişiklik edib təhsili sıfra endirimsiz. Bundan sonra nə etsəzdə mənasızdı. Savadlı şagird yox artıq boş başlar yetişdirilir. Kim deyirsə ki, deyil hər şey yaxşıdır. Xeyr oxuya bilməyəni belə məcburi hazırlıq falan oxudurlar bir iki yalandan da qiymət yazılır attestata görə vəssalam
Ən böyük müvəffəqiyyəti təqvimlə oynamaq olan bir sistemdən başqa nə gözləmək olardı ki? Sistem düzəlmədi, bari tarixi dəyişək dedilər.
Məncə 1 i başlasın iyunun 1 i də bitsin bir dəyişiklik olsun uşaqlar üçün
Nəyə lazimdiki sentyabrin 1baslamagi zaten tetil 3 aydi usaglar 9ay yuklu ders rejimi ilə isliyirlər indi muellimlər de maasallah bir xaea test verib indi de grupu doldurub tapsiriglarla elə bilirik usagimix hazirligi bitirmiyib hec
Oktyabrda açılsın məktəb inşallah
Məktəb inşallah Noyabrda açılar inşallah
Sentyabrin 1 baslayib mayin 31 bitse yaxşi olar
Nolardkiki tədris iləri sentyabrın 25 başlasa
Salam 1 baslayib 31 balansa cox yaxsi olardi
mənə ə 20 başlasın çünki həstəyəm
Salam mən artıq 7ci sinifə keçdim həmişə sentyabrın 15 i başladığı üçün anidən sentyabrın 1 nə salmanız düz deyil. 15 də açılsın çox adam ayın 1 indən narazıdır. 15sentyabr yaxşı tarixdir
Hansısa ekspertin müsahibə verməsi nə vaxtdan nəyi rəsmən eldan edir?
Bu sayt rəhbərliyi nə düşüncəylə yaşayıre
Sentyabrın 10-u ən yaxşı variant ola bilər.
Mənim üçün heç bir fərqi yox idi. 1 sentyabr və 15 sentyabr görmüşdüm. Bu əsas problem deyil.
1 sentyabr
1992-2001 – məktəb (biz son partiya idik 10 il).
2002-2003 – 1-2 kurs
15 sentyabr
2004-2005 – 3-4 kurs
2006-2007 – magistratura
Məsələ kimi ne ə istəyindən asılı deyil. Sentyabrın 1 də havalar xoş olduğuna görə dərslərin başlanmasına uyğun olur. 15 iyun tarixdə artıq hava olduqca isti olur və çox bir məktəblərdə kondionerdə yoxdur. İqlimin belə vəziyyət ilə əlaqədar bu dəyişiliklər etmək daha yaxşı olardı. Onuda deyim ki imtahanlar sonra gec başlanması ilə əlaqədar yenədə isti və narahat zamana düşür. Yay tətili belə halda heç də uyğun olmur. 15 sentyabr tarixinə sadəcə bayram günü kimi qeyd olduğuna görə, həmçinə 15 iyun da tarixi nəzərə alaraq məktəb dövrünə salıblar. Amma bu düz deyil.