Məleykənin ölümünə səbəb olan cərrahın cəzası ağırlaşdırıldıbackend

Məleykənin ölümünə səbəb olan cərrahın cəzası ağırlaşdırıldı

Şəki Apellyasiya Məhkəməsində tibbi xidmətin göstərilməsi qaydalarını pozmada təqsirləndirilən Elçin Mahmudovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, hakim Anar Əsgərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib, zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayəti qismən təmin olunub, Qəbələ Rayon Məhkəməsinin hökmü əlavə cəzaya aid hissədə dəyişdirilib. Elçin Mahmudova təyin edilmiş 1 il 6 ay müddətinə həkimlik fəaliyyəti ilə məşğul olma hüququndan məhrum etmə cəzası 2 il müddətinə həkimlik fəaliyyəti ilə məşğul olma hüququndan məhrum etmə cəzası ilə əvəz olunub.

Qeyd: Ötən ilin iyununda 2009-cu il təvəllüdlü Məleykə Məmmədova Qəbələ Rayon Mərkəzi Xəstəxanasına boğaz əməliyyatı üçün müraciət edib. Üzərində tonzillektomiya əməliyyatı icra olunan yeniyetmə üç gün sonra kəskin qanaxma səbəbindən xəstəxanada dünyasını dəyişib.

Hadisədən sonra Qəbələ Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsində həkim-otorinolarinqoloq vəzifəsində işləyən Elçin Mahmudov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Qəbələ Rayon Məhkəməsinin hökmü ilə o, 3 il müddətə azadlıqdan məhrum edilib. Bundan başqa, Elçin Mahmudovun 1 il 6 ay tibbi fəaliyyət göstərməsi də qadağan edilmişdi. Hökmdə onun cəzasını məntəqə tipli müəssisədə çəkməsi qeyd edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*