“Mən heç kimi öldürməmişəm, sadəcə danışmışam” – Nürnberq tribunalının ibrətamiz dərsibackend

“Mən heç kimi öldürməmişəm, sadəcə danışmışam” – Nürnberq tribunalının ibrətamiz dərsi

Düz 80 il əvvəl, 1946-cı il oktyabrın 16-da bir hadisə baş verdi. Dolayısı ilə isə bu hadisə ən azı çox ibrətamizdir. Hərçənd, indiki dövrdə hər kəs bunu dərk etmək iqtidarında deyil.

1946-cı ilin həmin günü Nürnberq tribunalının hökmü ilə bir neçə nasist cinayətkarı edam edildi. Onların arasında İoahim fon Ribbentrop, Vilhelm Keytel, Ernst Kaltenbrunner, Alfred Rozenberq, Hans Frank, Vilhelm Frik, Yulius Ştrayxer, Fris Zaukel, Vilhelm Yodl və Artur Zeys-İnkvart da var idi.

Açıq-aşkar canilər və hərbi cinayətkarlardan ibarət bu qrupun arasında Yulius Ştrayxer nədənsə yad təsir bağışlayırdı. O, heç bir rəsmi vəzifə tutmamış, şəxsən heç kimi edam etdirməmişdi. Bəs onun günahı nə idi? Sadəcə, Ştrayxer təbliğatçı idi. Özü də bunu səmimi şəkildə edirdi. Və ölüm hökmü almaq üçün bu, kifayət etdi.

Bəzən hakimiyyətlər çoxsaylı təbliğatçılarına külli miqdarda pul vəsaitləri haqqını ödəyirdi. Ola bilsin, onlardan bəziləri öz liderlərinə şəxsi sədaqətlərinə hətta ürəkdən and içirlər.

Bununla belə, bütün bu Z-patriotlar əmindirlər: “Dediklərimə görə mənə heç nə olmayacaq. Axı tətik çəkən mən olmamışam, heç kimi öldürməmişəm. Mən sadəcə söz demişəm”.

Amma yəqin ki, Ştrayxer də eyni cür düşünürdü. Və o, dərindən yanılırdı…

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*