Mənsum İbrahimovdan adının YAP-ın siyahısında olmamasına REAKSİYAbackend

Mənsum İbrahimovdan adının YAP-ın siyahısında olmamasına REAKSİYA

Xalq artisti, xanəndə Mənsum İbrahimov deputatlığa namizəd olacağı haqqında iddialara cavab verdi.

KONKRET.az xəbər verir ki, Mənsum İbrahimov parlamentə Yeni Azərbaycan Partiyasından namizəd olacağı haqqında iddiaları təkzib edib.

O qeyd edib ki, heç vaxt hakim partiyanın üzvü olmayıb:

“Mən hazırda Türkiyədə səfərdəyəm. Parlamentə namizəd olmaq fikrim yoxdur. Üstəlik mən YAP-ın üzvü deyiləm. Bu şayiələr haradan ortaya atılıb bilmirəm.

Mənim hazırkı statusum millət vəkilindən hec də aşağı deyil. Yerimdən məmnunam”.

Qeyd edək ki, bu gün Yeni Azərbaycan Partiyasının namizəd siyahısının ictimaiyyətə açıqlanmasından öncə Mənsum İbrahimovun da adının siyahıda olduğu haqqında məlumatlar yayılıb. Onun 118 saylı Ağdam şəhər seçki dairəsindən namizədliyinin irəli sürüldüyü deyilirdi. Lakin YAP-ın namizəd siyahısı açıqlandıqda xalq artistinin adının siyahıda olmadığı göründü. (Modern.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*