Mənzil alanlara şad xəbər: Bu məbləğ sizə geri ödəniləcəkbackend

Mənzil alanlara şad xəbər: Bu məbləğ sizə geri ödəniləcək

2026-cı ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada yaşayış və qeyri-yaşayış sahələri alan fiziki şəxslərə 26 milyon 453,1 min manat ƏDV qaytarılıb.

KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, sözügedən məbləğ “ƏDV geri al” layihəsi çərçivəsində müvəkkil banklar tərəfindən istehlakçılara ödənilib.

Layihə bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) bir hissəsinin fiziki şəxs olan istehlakçılara geri qaytarılmasını nəzərdə tutur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*