Məşhur azərbaycanlı idmançı Rusiya vətəndaşlığından məhrum edildi – Rəqibinə “rus donuzu” deyib (VİDEO)backend

Məşhur azərbaycanlı idmançı Rusiya vətəndaşlığından məhrum edildi - Rəqibinə "rus donuzu" deyib (VİDEO)

Rusiyalı MMA döyüşçüsü Artur Kulinskiyə qarşı döyüşdən sonra səsləndirdiyi təhqiramiz ifadələrlə gündəmə gələn azərbaycanlı idmançı Cavid Rzayev Rusiya Federasiyası vətəndaşlığından rəsmi şəkildə məhrum edilib.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, döyüşdən sonra emosiyalarını cilovlaya bilməyən Rzayev rəqibini “rus donuzu” və digər təhqiramiz sözlərlə aşağılayıb. Bu çıxış ictimai qınağa və hüquq-mühafizə orqanlarının müdaxiləsinə səbəb olub.

Buna baxmayaraq, idmançı sonradan verdiyi açıqlamada öz hərəkətlərinə görə üzr istəyib.

Lakin Saratov vilayəti üzrə FSB idarəsi onun üzrxahlığını kifayət hesab etməyərək Cavid Rzayevin pasportunu ləğv edib. Bununla da keçmiş döyüşçü Rusiya ərazisini tərk etməyə və Azərbaycana qayıtmağa məcbur olub.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*