Məşhur rus müğənni Mixail Kruqun əsl qatili illər sonra tapıldıbackend

Məşhur rus müğənni Mixail Kruqun əsl qatili illər sonra tapıldı

Rusiyanın populyar müğənnilərindən Mixail Kruqun qatili illər sonra bəlli olub.

Musavat.com “Baza” teleqram-kanalına isitnadən xəbər verir ki, hazırda həbsxanada ömürlük həbs cəzası çəkən “Tver canavarları” bandasının killlerlərindən sayılan Aleksandr Ageyev adlı cinayətkar mərhum müğənninin evində aparılan eksperiment sonrası onu öldürdüyünü etiraf edib.

Aleksandr Ageyevi isə “Canavarlar”ın digər üzvü, Dmitri Veselovu öldürən Aleksandr Osipov adlı cinayətkar satıb. Hər iki məhkum Tver küçəsində əyani üzləşmədə iştirak ediblər və A.Ageyev qətl hadisəsini törətdiyini burada bir daha təsdiqləyib.

Rusiyada ötən əsrin sonlarında çıxan və indi də populyarlığını qoruyan “Vladimirskiy sentral” mahnısının müəllifi Mixail Kruq 2002-ci ilin iyulun 1-də Tver küçəsindəki evinni qaşrısında öldürülüb. Odlu silahdan açılan bir neçə atəşdən yaralanan Mixail Kruq özünü qonşusunun evinə yetirərək xəstəxanaya aparılmasını istəyib. Lakin həkimlərin onu xilas emtək cəhdləri nəticə verməyib.

Bu günə qədər cinayətin hələ açılmadığı deyilirdi. Lakin hələ 10 il öncə A.Ageyevin adı bu işdə hallansa da, bununla bağlı hər hansı bir izə rast gəlinməmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*