Məşhur yazıçı vəfat etdibackend

Məşhur yazıçı vəfat etdi

Norveçin tanınmış yazıçısı Roy Yakobsen 70 yaşında vəfat edib. 

KONKRET.az xəbər verir ki, bu barədə Norveçin Baş naziri Yonas Gar Stere sosial media hesabında paylaşım edib.

Baş nazir Yakobsenin vəfatı ilə bağlı Norveç mediasına verdiyi açıqlamada deyib ki, Roy Yakobsen Norveç ədəbiyyatının ən böyük hekayəçilərindən biri idi: “Onun kitablarında biz sahili, fəhlə sinfini, müharibəni – amma hər şeydən əvvəl insanı görürük”.

Qeyd edək ki, Roy Yakobsen 1982-ci ildə ədəbi fəaliyyətə başlayıb və indiyədək onun 25-dən çox kitabı nəşr olunub. Yazıçının əsərləri 40-dan çox dilə tərcümə edilib. Onun ən tanınmış əsərləri arasında “Ləyaqətsizlər”, “Ağ dəniz” və “Görünməzlər” romanları yer alır.

Yazıçı 1994-cü ildə “Fəth edənlər” romanına görə İvar Lo mükafatına layiq görülüb. 2017-ci ildə isə “Görünməzlər” romanı ilə Beynəlxalq Buker mükafatına namizəd olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*