Meyitləri tapılan qızla oğlan əminəvəsi olublar – Videobackend

Meyitləri tapılan qızla oğlan əminəvəsi olublar - Video

Xəbər verdiyimiz kimi, ötən gün meşədən 1997-ci il təvəllüdlü Xəzər Vurğun oğlu Mirzəyev və 2010-cu il təvəllüdlü Fidan Şahid qızı Məmmədovanın meyitləri aşkarlanıb.

KONKRET.az xəbər verir ki, Xəzər Mirzəyevin atası Vurğun Mirzəyev Baku TV-yə bildirib ki, oğlu anasının yanına getdiyini deyib:

“Zəng eləmişdim ona. Dedim, hardasan? Dedi, Lənkərana gedirəm. Soruşdum ki, nə məsələdir? Dedi, heç bir problem yoxdur, salamatlıqdır. Anam oradadır, mən də onun yanına gedirəm.

Bir gün keçdi, zəng çatmadı. Eşitdim ki, uşaqlar yoxdur, harasa gediblər. Dedilər ki, guya Bakıya gediblər, bir dəfə də Sumqayıta getdiklərini söylədilər. Nə qədər zəng etsəm də, telefonlarına zəng çatmadı.

Dünən mənə dedilər ki, rayona gedib uşaqların olmadığı barədə məlumat verim. Dünən gedə bilmədim, bu gün səhər gəldim. Evə təzə çatmışdım, xəbər gəldi ki, uşaqları tapıblar”.

Qeyd edək ki, 29 yaşlı Xəzər Mirzəyev və 16 yaşlı Fidan Mirzəyevanın əminəvəsi olublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*