Milli Məclisin deputatı Nabranda polisi döydü – ŞOK OLAYbackend

Milli Məclisin deputatı Nabranda polisi döydü – ŞOK OLAY

Xaçmaz rayonunun deputatı Eldəniz Səlimovun polisi döyməsi barədə məlumat yayılıb.

KONKRET.az-ın Bakupost-a istinadən məlumatına görə, Xaçmaz sakinləri bildirib ki, hadisə dünən Nabranda baş verib.

Sakinlər qeyd edir ki, deputat səxoş olub və istirahət mərkəzlərinin birində rayonun qeydiyyat şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğluna hücum çəkib, ona xəsarət yetirib.

Hazırda polis işə çıxmır.

Qeyd edilib ki, deputatın ailə üzvləri polisin evinə gediblər, ondan məsələni böyütməməyi xahiş edirlər.

Məlumat artıq sosial şəbəkələrdə də sürətlə yayılır.

Məsələ ilə bağlı deputatın özü ilə əlaqə saxlamaq mümkün olmadı. O, istifadə etdiyi hər iki mobil nömrəsini bağlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*