Vinçenzo Montellanın gedişindən sonra adı milli komandanın baş məşqçisi vəzifəsinə potensial namizəd kimi çəkilən Arda Turan açıqlama verib.
KONKRET.az xəbər verir ki, Turan bu təklifə çox sevindiyini deyib:
“Hisslərimi təsvir edə bilmirəm. Bunu ürəyimin dərinliyindən deyirəm: ölkəmi və bayrağımı çox sevirəm. Amma eyni zamanda ölkəmizə kömək etmək, ölkəmiz üçün çalışmaq sadəcə ölkənizin bayrağını sinənizdə taxmaqdan başqa yollarla da edilə bilər. Bəzən ölkənizi müxtəlif coğrafiyalarda bayrağını dalğalandıraraq təmsil edə bilərsiniz. Bu dəstəyə görə sonsuz təşəkkürümü bildirirəm”.
