backend

Milyonlarla manat dələduzluqda təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Aqil Qədirov və Elnur Məmmədovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

KONKRET.az-ın xəbərinə görə hakim Novruz Kərimovun sədrlik etdiyi iclasda hökm oxunub. Hökmə əsasən, Aqil Qədirov 8 il, Elnur Məmmədov isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, dövlət ittihamçısı çıxışında Aqil Qədirovun 12 il, Elnur Məmmədovun isə 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Cinayət işində 33 zərərçəkmiş var.

“Meqa-Siti Holdinq” MMC-nin təsisçisi Aqil Qədirov və tanışı Elnur Məmmədov 1 milyon manatlıq dələduzluqda təqsirləndirilirlər İttihama görə, həmin şəxslər inşa etdikləri yaşayış binasındakı eyni mənzili bir neçə nəfərə satıblar.

Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

(Report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*