Mingəçevirdə 5 nəfər dalaşıb, 3-ü bıçaqlanıb – təcili əməliyyatbackend

Mingəçevirdə 5 nəfər dalaşıb, 3-ü bıçaqlanıb - təcili əməliyyat

Mingəçevirdə 5 nəfər arasında düşən kütləvi davada 3 nəfər bıçaqlanıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə hadisə Nəsimi küçəsində baş
verib.

Belə ki, şəhər sakinləri Elmir Hüseynov, Ceyhun Əhmədov və Sultan Səlimov bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

İlkin araşdırma zamanı hadisənin 1980-ci il təvəllüdlü Razi Cəbrayıl oğlu Əliyev və 1990-cı il təvəllüdlü Kənan Ədalət oğlu Quliyev tərəfindən törədildiyi müəyyən olunub.

Hadisənin səbəbi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*