Mingəçevirdə iki qadın piyadanı maşın vurub, biri ölüb.
KONKRET.az xəbər verir ki, “Unikal”ın məlumatına görə, hadisə axşam saatlarında Təbriz küçəsində baş verib. “Vaz 2106” markalı maşın yolu keçən iki piyada qadını -1956-cı il təvəllüdlü Zöhrə Vahid qızı İsmayılovanı və Firəngiz adlı digər bir qadını vurub. Müxtəlif bədən xəsarətləri alan Zöhrə İsmayılova və digər piyada sürücü tərəfinfən xəstəxanaya çatdırılıb. Firəngiz adlı qadın aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı araşdırma başlanıb.