Minik maşını eşşək arabası ilə toqquşdu – Xəsarət alanlar varbackend

Minik maşını eşşək arabası ilə toqquşdu - Xəsarət alanlar var

Ağdam rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az-ın məlumatına görə, qəza rayonun Qərvənd qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini Şirinov Əli Raci oğlunun idarə etdiyi “VAZ-21015” markalı minik avtomobili hərəkətdə olarkən qarşıdan gələn eşşək arabası ilə toqquşub.

Qəza nəticəsində arabada olan Əliyev Yusif İdris oğlu və Hüseynova Güllü Qədir qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.\\qafqazinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*