Moskva-Bakı münasibətləri ilə bağlı YENİ MƏQAMLAR: “Kreml addım atmasa…”backend

Moskva-Bakı münasibətləri ilə bağlı YENİ MƏQAMLAR: "Kreml addım atmasa..."

“Rusiya və Azərbaycan arasındakı münasibətlərin gərgin olmasının səbəbkarıməhz Moskvanın özüdür. Bildiyimiz kimi, 2024-cü ilin dekabr ayında Azərbaycan təyyarəsi Rusiya səmasında vurulub. Bundan sonra cinayətkarların cəzalandırılması əvəzinə, hadisənin tamamilə inkar olunması və texnogen, təbii fəlakətlə əlaqələndirilməsi kimi arqumentlərlə Rusiya Azərbaycanla münasibətlərin korlanmasına gətirib çıxaran yanlış siyasət yürüdür”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq Taleh Əliyev səsləndirib:

Bu siyasətdən hər iki tərəf, xüsusilə, hər iki ölkədə yaşayan miqrantlar zərər görür. Eyni zamanda, hər iki ölkədən qarşılıqlı ticarətlə məşğul olan iş adamları da təsirlənir. Bu günlərdə Şanxay Əməkdaşlıq Təşkilatının 25-ci toplantısında iştirak edən Azərbaycan və Rusiya prezidentlərinin görüşməməsi onu göstərir ki, hələ də Bakı və Moskva arasında ortaq məxrəc tapılmayıb. Üstəlik, təyyarəmizi vuranların cəzalandırılmaması, Azərbaycanla münasibətlərin normallaşmasında ciddi maneə olaraq qalır”.

NATO Kiyev və Türkiyə üçün 50 milyard avrodan çox yardım ayırıb”- Politoloq  | news365.az

Politoloqun sözlərinə görə, Rusiya tərəfindən sağlam münasibət sərgilənmədiyi müddətdə Bakı və Moskva arasında əlaqələrin bərpası mümkün olmayacaq:

“Çünki dekabr ayından bugünə qədər münasibətlərin pisləşməsinin, dövlətlərarası etimadın azalmasının şahidi oluruq. Yenə deyirəm, itirən hər iki tərəfdir, xüsusən də hər iki xalq və iş adamları zərər görür. Rusiya tərəfi nə qədər tez Azərbaycanla, o cümlədən digər dövlətlərlə münasibətlərdə beynəlxalq hüquqa söykənən, qarşılıqlı öhdəliklərin icrasına əməl edən mövqe nümayiş etdirsə, bu, hər iki dövlətin xeyrinə olacaq. Burada əsas məsuliyyət Rusiyanın üzərinə düşür və münaqişənin həlli üçün ilk addımı Kreml atmalıdır”.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*