Moskvada ermənilərin də olduğu  9 oğru saxlanıldı – FOTO/VİDEObackend

Moskvada ermənilərin də olduğu 9 oğru saxlanıldı - FOTO/VİDEO

Moskva vilayətində anbardan mal oğurlayan 9 nəfər, o cümlədən ermənilər saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə çərşənbə axşamı TASS-a Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Tatyana Petrova bildirib.

Polis əməkdaşları Random kəndindəki anbardan 1,7 milyon rubl dəyərində mal oğurlayan 9 nəfəri saxlayıb.

“Rusiya Daxili İşlər Nazirliyinin Elektrostal şəhər rayonunda əməkdaşları oğurluqda şübhəli bilinən 23-52 yaşlarında olan doqquz nəfəri saxlayıblar. Onlar oğurlanmış malı yük maşınına yükləyib qaçıblar.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxslər Noqinsk şəhərində oğurlanmış əşyaları maşından qaraja boşaldarkən müəyyən edilərək saxlanılıblar”, – Petrova deyib.

Telegram kanalları ermənilər də daxil olmaqla saxlanılanların fotolarını və adlarını təqdim edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*