Moskvada da metroda problem yarandı – Videobackend

Moskvada da metroda problem yarandı - Video

Moskvada Sokolniçeskaya xəttində qatarın texniki nasazlığı səbəbindən problem yaranıb.

KONKRET.az xəbər verir ki, bu barədə Moskva Nəqliyyat Departamentinin mətbuat xidməti məlumat yayıb.

“Sokolniçeskaya xəttində xidmət müvəqqəti olaraq dayandırılıb. Bu, xəttin bu hissəsindəki qatarlardan birində baş verən texniki nasazlıqla əlaqədardır. Sözügedən qatar istehsalçı tərəfindən təmir olunur.

Qatarın dayanması nəticəsində heç kim xəsarət almayıb. Metro işçiləri sərnişinlərə dayanmış qatardan düşməyə kömək ediblər”, – məlumatda bildirilib./axaraz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*