Moskvaya kütləvi hücum: Nəhəng neft zavodu vuruldu – Videobackend

Moskvaya kütləvi hücum: Nəhəng neft zavodu vuruldu - Video

Bu gün səhər saatlarında Moskvaya kütləvi PUA hücumu olub.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, Moskvanın Kapotnyansk rayonunda yerləşən neft emalı zavoduna zərbələr endirilib. Zərbələr nəticəsində zavodun ELOU AVT-6 ilkin neft emalı bölməsində yanğın başlayıb.

Kremlin 15 km-də yerləşən zavod illik 11-12 milyon ton neft emalı gücünə malikdir.

Zavod Moskvanın yanacaq ehtiyacının üçdə birindən çoxunu ödəyir, paytaxt hava limanlarını aviasiya kerosini ilə təmin edir və təxminən 30 növ məhsul istehsal edir.

Moskva meri Sergey Sobyaninin məlumatına görə, səhər saatlarından bəri Moskva üzərində 60-dan çox PUA vurulub.

Moskva vilayətinin Pavlovski Posad, Ramenskoye və Jukovski şəhərlərində hava hücumundan müdafiə sistemləri işə düşüb.

Artıq Domodedovo, Şeremetyevo, Vnukovo və Jukovski hava limanlarının fəaliyyəti dayandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*