İranın ali rəhbəri Müctəba Xamenei ağır vəziyyətdə deyil, o, hələ martın ortalarından ölüb.
KONKRET.az axar.az -a istinadən xəbər verir ki, bu barədə britaniyalı siyasi fəal və analitik Nikolas Lisak X hesabında yazıb.
“Bütün bu tamaşa sadəcə SEPAH-ın Müctəbanın öldüyünü təsdiqləmək və onun yerinə daha radikal tərəfdarını gətirmək üçün həyata keçirdiyi həyasız hiylədir”, – Lisak bildirib.
Qeyd edək ki, dünən İran mediası Müctəba Xameneinin görüntülərini yaymışdı. Daha sonra iranlı mənbə TASS-a açıqlamasında görüntülərin Xameneinin ali lider olmamışdan öncə çəkildiyini demişdi.

