Müharibə ŞİDDƏTLƏNDİ: Rusiya qitələrarası ballistik raketlə vurdubackend

Müharibə ŞİDDƏTLƏNDİ: Rusiya qitələrarası ballistik raketlə vurdu

Ukrayna mediası Rusiyanın Dnepr şəhərini vurmaq üçün RS-26 “Rubej” qitələrarası ballistik raketindən istifadə etdiyini yazıb. 5800 km mənzilli RS-26 800 kiloqramlıq nüvə başlığı daşıya bilir.

KONKRET.az xəbər verir ki, Rusiya müharibə başlayandan bəri ilk dəfə bu raketlərdən istifadə edib. Moskva dünən bəyan edib ki, Ukrayna Rusiya ərazisinə ABŞ-nin tədarük etdiyi uzaqmənzilli ATACMS raketlərini və Britaniyanın uzaqmənzilli “Storm Shadow” raketlərini atıb. Digər tərəfdən, Rusiya lideri Putin bu yaxınlarda ölkəsinə ballistik raket hücumları zamanı nüvə silahı ilə cavab verməyə imkan verən doktrinanı təsdiqləyib.

Ukrayna mətbuatı Rusiyanın yeni hücumu ilə bağlı diqqətçəkən məlumatlar paylaşıb. Ukraynanın “Ukrainska pravda” qəzetinin adı açıqlanmayan mənbələrə əsaslanan xəbərinə görə, Rusiya bu gün səhər saatlarında Ukraynanın Dnepr şəhərinə hava zərbəsi endirib.

Kiyev Rusiyanın atdığı qitələrarası raketdə nüvə yükünün olmadığını açıqlayıb. Daha əvvəl heç vaxt müharibədə istifadə olunmayan raketin Həştərxandan buraxıldığı və Ukraynanın mərkəzindəki Dnepr şəhərinin kritik infrastrukturunu hədəf aldığı bildirilib. Ukrayna hərbçiləri hücumun hər hansı ziyana səbəb olub-olmadığını açıqlamayıb.

Kremlin sözçüsü Dmitri Peskov Moskvanın raketi atıb-atmaması ilə bağlı suala “Bu barədə deyəcək heç nəyim yoxdur” deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*