Mühasibat uçotunun elektronlaşdırılmasında yeni qaydalarbackend

Mühasibat uçotunun elektronlaşdırılmasında yeni qaydalar

“2026-cı ilin sonunadək 2 milyona yaxın inventar vahidi elektron qaydada qeydiyyata alınacaq”.

KONKRET.az report-a istinadən xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev “Rəqəmsal Maliyyə Ekosistemi: İdarəetmədə Yeni Mərhələ” adlı konfransda qeyd edib.

“Cari ilin avqust ayından “e-mühasibat” altsistemi vasitəsilə mühasibat uçotunun və maliyyə hesabatlılığının elektronlaşdırılmasına başlanılıb. İlkin mərhələdə 261 dövlət qurumunun nümayəndələri üçün təlimlər keçirilib. 2026-cı ilin sonunadək 1-2 milyon inventar vahidinin elektron qeydiyyata alınması, 2027-ci ildən büdcədən maliyyələşən bütün təşkilatların mərhələli şəkildə GRP modelinə inteqrasiyası, 2028-ci ilin büdcə layihəsinin isə təxminən 60 faizinin mövcud məlumatlar əsasında avtomatlaşdırılmış qaydada formalaşdırılması hədəflənir”, – deyə nazir qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*