Bu gün Xaçmaz rayon sakini Əhməd Ağamovun ölümündə təqsirli bilinən Natiq Mustafayevin məhkəmə prosesi sona çatıb. Hakim Xıdır Quliyevin sədrliyi ilə baş tutan prosesdə Natiq Mustafayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2 maddəsinə əsasən (ehtiyatsızlıqdan insan ölümünə səbəb olma) təqsiri sübuta yetirilməklə 3.6 ay müddətində azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bu ilin martın 22-də Xaçmaz rayonunun Qusarçay kəndi ərazisində Rayon Elektrik Şəbəkəsi İdarəsinin nəzarətçi mühəndisi olan Əhməd Ağamov yüksəkgərginlikli elektrik xəttində təmir işləri apararkən elektrik vurması səbəbindən dünyasını dəyişib. Həmin vaxt ərazidəki təmir işlərinə təhkim olunan Xaçmaz Elektrik Şəbəkəsinin mühəndisi Natiq Mustafayev məsuliyyətsizlik edərək təmir aparılan elektrik xəttini gərginlikdən ayırmaq barədə göstəriş verməyi unudub. Bu isə Əhməd Ağamovun ölümü ilə nəticələnib.
Cəlal Fərzəliyev