Yaponiyanın tanınmış yazıçısı Haruki Murakami 74 yaşında vəfat edib.
KONKRET.az xəbər verir ki, yazıçının ölümü barədə oktyabrın 23-də Yaponiyanın “Gentosha” nəşriyyatı məlumat yayıb.
Bildirilib ki, Murakami oktyabrın 17-də öz evində dünyasını dəyişib. Dəfn mərasimi ailə üzvlərinin iştirakı ilə keçirilib.
1952-ci ildə Yaponiyanın Naqasaki prefekturasında anadan olan yazıçı 1976-cı ildə nəşr olunan “Demək olar ki, şəffaf mavi” (“Almost Transparent Blue”) romanı ilə məşhurlaşıb. O, bu əsərinə görə “Qunzo” ədəbi mükafatına və nüfuzlu Akutaqava mükafatına layiq görülüb.
Ryū Murakaminin “Coin Locker Babies”, “In the Miso Soup”, “69” və “Sevgi və faşizm fantaziyası” kimi əsərləri də geniş oxucu auditoriyasının diqqətini cəlb edib.
Yazıçı yalnız ədəbiyyat sahəsində deyil, kino və televiziya sahəsində də fəaliyyət göstərib. O, filmlərin rejissoru və ssenaristi kimi çalışıb, həmçinin Yaponiyanın iqtisadiyyat və biznes mövzularına həsr olunan “Cambria Palace” televiziya proqramında uzun illər aparıcı-müsahib rolunda çıxış edib.
Qeyd edək ki, Ryū Murakami eyni soyadı daşıyan, “Norveç meşəsi” və “Sahildə Kafka” romanları ilə tanınan Haruki Murakami ilə tez-tez qarışdırılır. Bunlar iki fərqli yazıçıdır.
