Narkotik çəkib maşın sürən şəxs SAXLANILDIbackend

Narkotik çəkib maşın sürən şəxs SAXLANILDI

Abşeron rayonunda narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.

Bu barədə KONKRET.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Füzuli rayon sakini Natiq Hüseynxanovun idarə etdiyi “Mersedes” markalı avtomobil Abşeron rayonu ərazisində yerləşən postda saxlanılıb.

Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edilib və barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə protokol tərtib olunub.

Abşeron Rayon Məhkəməsinin qərarı ilə N.Hüseynxanov 6 ay müddətində sürücülük hüququndan məhrum edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*