Narkotik istehsalı üçün Çindən göndərilən 26 ton kimyəvi maddə ələ keçirildibackend

Narkotik istehsalı üçün Çindən göndərilən 26 ton kimyəvi maddə ələ keçirildi

Türkiyənin İzmir Prokurorluğuna şəhərin Aliağa limanında narkotik maddələrin daşınması barədə məlumat daxil olub.

KONKRET.az xəbər verir ki, İzmir Şəhər Prokurorluğu və Narkotiklərlə Mübarizə Baş İdarəsinin birgə əməliyyatı nəticəsində adıçəkilən limanda müxtəlif növ narkotik maddələrin istehsalı üçün istifadə olunan 26 ton asetil-xlor və xlorid turşusu aşkarlanıb.

Qeyd edək ki, təhlükəsizlik qüvvələrinin araşdırmaları nəticəsində narkotik tərkibli maddənin xüsusi konteynerlər vasitəsilə Çindən Türkiyəyə daşındığı məlum olub./report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*