Narkotik satan qardaşlar SAXLANILDIbackend

Narkotik satan qardaşlar SAXLANILDI

Zərdab Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan KONKRET.az-a bildirilib ki, daxil olan məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Zərdab rayon sakini Elməddin Qəribov saxlanılıb.

Onun avtomobilinə baxış keçirilən zaman marixuana aşkar edilib.

Aşkar edilən narkotik vasitə ilə əlaqəli olan Ağcabədi rayon sakinləri – Müşviq İsmayılov və onun qardaşı İlham da müəyyən edilərək saxlanılıb.

Hal-hazırda faktla bağlı Zərdab RPŞ-də araşdırma aparılır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*