ABŞ Prezidenti Donald Tramp Fox News-a verdiyi müsahibədə NATO ilə bağlı qalmaqallı açıqlama verib.
KONKRET.az xəbər verir ki, o, təşkilat daxilində ABŞ-ın nüfuzunu artırdığını bildirib:
“Hərbi məsələlərə gəldikdə, NATO — keçən həftə bu problemi mən həll etdim. İndi bütün ölkələr ÜDM-nin 2%-dən 5%-dək ödəyirlər. Əvvəllər heç nə ödəmirdilər, indi isə ödəyirlər. Bu, ildə bir trilyon dollardan çoxdur… Artıq NATO-da güclü söz haqqımız var. Əvvəllər belə deyildi. Baydenlə birlikdə bizdə heç bir təsir yox idi. O, ümumiyyətlə, harada olduğunu belə bilmirdi”, — deyə Tramp bildirib.
Müsahibəni onun gəlini Lara Tramp aparıb.
Natiq Səlim,
KONKRET.az