NATO: “Rusiya təhdidi Ukrayna müharibəsindən sonra da qalacaq”backend

NATO: “Rusiya təhdidi Ukrayna müharibəsindən sonra da qalacaq”

NATO baş katibi Mark Rütte bəyan edib ki, alyans Rusiya-Ukrayna müharibəsi başa çatsa belə, Rusiyanı cilovlamaq siyasətini davam etdirəcək.

KONKRET.az xəbər verir ki, Çexiyada keçirilən müdafiə forumunda çıxış edən Rütte vurğulayıb:

“Rusiya təhlükəsi Ukraynada müharibənin bitməsi ilə yox olmayacaq. NATO buna qarşı hazırlıqlarını davam etdirməlidir və davam etdirəcək”.

NATO rəhbəri Avropa İttifaqı ölkələrini daha fəal hərbi istehsal həyata keçirməyə və qitənin müdafiə qabiliyyətinə daha çox maliyyə ayırmağa çağırıb.

Rütte eyni zamanda Çinin artan təsirinə diqqət çəkib: “Pekin hərbi-dəniz qüvvələrini ABŞ-dan daha sürətlə gücləndirir. Bu amili də nəzərə almaq lazımdır”.

Baş katib bildirib ki, NATO əsas diqqəti Rusiya ilə qarşıdurmaya yönəldəcək, Asiya-Sakit okean tərəfdaşlarına isə 5-ci maddə (kollektiv müdafiə öhdəliyi) şamil olunmayacaq. Bununla belə, Çin tərəfindən mümkün hücum halında alyans onlara dəstək verməyə hazırdır.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*