NATO və Rusiya Baltik dənizində BİR ARAYA GƏLİR – Məqsəd…backend

NATO və Rusiya Baltik dənizində BİR ARAYA GƏLİR - Məqsəd...

Gələn həftə NATO-ya üzv ölkələr Baltik dənizində ənənəvi BALTOPS adlı hərbi-dəniz təlimlərinə start verəcək. Bu təlimlər artıq 50 ildən çoxdur ki, hər ilin iyun ayının əvvəlində keçirilir.

KONKRET.az xəbər verir ki, bu dəfə isə alyansın donanması dənizdə tək olmayacaq. Rusiya Prezidenti Vladimir Putin də donanmasını təlimə göndərir — özü də adi qrafikdən bir ay əvvəl. Bild-in yazdığına görə, Rusiyanın manevrlərində 20 hərbi gəmi iştirak edəcək.

Hər iki tərəfin eyni vaxtda və eyni bölgədə təlim keçirməsi gəmilərin təhlükəli şəkildə yaxınlaşması riskini artırır.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*