Naxçıvanda 2 avtomobil toqquşub, 4 nəfər xəsarət alıbbackend

Naxçıvanda 2 avtomobil toqquşub, 4 nəfər xəsarət alıb

Naxçıvanda 2 avtomobilin toqquşubması nəticəsində 4 nəfər xəsarət alıb.

KONKRET.az xəbər verir ki, hadisə şəhərin 21-ci məhəlləsində baş verib.

Belə ki, “Mercedes” markalı avtomobillə “Ssang Yong” markalı minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Xəsarət alanlar 1958-ci il təvəllüdlü Fatma Cəfər qızı Cəfərova, 1963-cü il təvəllüdlü Rüfət Əyyub qızı Cəfərova, 1981-ci il təvəllüdlü Aliyə Hümbət qızı Qəhrəmanova və 1982-ci il təvəllüdlü Gülnarə Məmməd qızı Babayeva Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.\\APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*