Naxçıvanda qəza oldu – Yaralılar varbackend

Naxçıvanda qəza oldu - Yaralılar var

Babək rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, qəza rayonun Xalxal kəndi ərazisindən keçən avtomobil yolunda qeydə alınıb. Belə ki, iki “Hyundai” markalı avtomobilin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.

Xəsarət alanlar Babək rayonunun Məzrə kənd sakinləri, 1993-cü il təvəllüdlü Mirəli Mirmehdi oğlu Seyidov və 1993-cü il təvəllüdlü Hatəm Əli oğlu Xələfovdur.

Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin nümayəndələri və polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*