Naxçıvandan tranzit keçməklə yük aparan maşında narkotik vasitə tapıldı – VİDEObackend

Naxçıvandan tranzit keçməklə yük aparan maşında narkotik vasitə tapıldı - VİDEO

Dövlət Gömrük Komitəsində aparılan risk təhlilləri nəticəsində Naxçıvan Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks gömrük nəzarəti tədbirləri zamanı xüsusilə külli miqdarda psixotrop maddə-metamfetamin aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən KONKRET.az-a verilən xəbərə görə, “Şahtaxtı” gömrük postunda Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə “alkoqolsuz içkilər” yükü aparan nəqliyyat vasitəsi stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlamasına cəlb edilib.

Yoxlama zamanı iki paletdəki 312 ədəd açıq mavi rəngli plastik qablarda maye halında xalis təmiz çəkisi 53 kiloqram 817, 183 qram xüsusilə külli miqdarda psixotrop maddə – metamfetamin aşkar edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*