Nazir yeni şöbə müdiri təyin etdibackend

Nazir yeni şöbə müdiri təyin etdi

Müdafiə Sənayesi Nazirliyində yeni kadr təyinatı olub.

KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, bu barədə müdafiə sənayesi naziri Vüqar Mustafayev əmr imzalayıb.

Əmrə əsasən, Dadaşov Anar Nadir oğlu qurumun maliyyə və uçot şöbəsinin müdiri təyin edilib.

O, əvvəllər Azərbaycan Mərkəzi Bankının (AMB) nağd pulun idarə edilməsi şöbəsinin rəisi postunda işləyib.

Xatırladaq ki, Müdafiə Sənayesi Nazirliyinin maliyyə və uçot şöbəsinin müdiri vəzifəsi xeyli müddətdir boş idi. Şöbə müdirinin səlahiyyətlərini müavin Səbinə Mustafayeva icra edirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*