“Necə də möcüzəvi bir gecədir!” – Dambrauskas həmin oyundan danışdıbackend

“Necə də möcüzəvi bir gecədir!” - Dambrauskas həmin oyundan danışdı

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasında qazanılan tarixi qələbədən sonra sosial şəbəkə hesabında emosional paylaşım edib.

KONKRET.az xəbər verir ki, litvalı mütəxəssis özünün “Instagram” səhifəsində komandasının uğurunu böyük coşqu ilə qeyd edib.

“Həmin Çempionlar Liqası hissiyyatı! “Sabah” üçün necə də möcüzəvi bir gecədir!!! Klub tarixində Bakıda ilk ÇL ev oyunu, vurulan ilk qol, toxunulmaz qalan qapı, ÇL-də və Olimpiya stadionunda ilk qələbə!” – deyə Dambrauskas paylaşımında vurğulayıb.

Xatırladaq ki, “Sabah” komandası Bakı Olimpiya Stadionunda keçirilən matçda “Slaviya” üzərində qazandığı 2:0-lıq tarixi nəticə ilə Çempionlar Liqasındakı ilk qələbəsini rəsmiləşdirib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*