Neftçalada oğurluq edən şəxs saxlanıldıbackend

Neftçalada oğurluq edən şəxs saxlanıldı

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən bir mağazadan və bir həyətyanı sahədən oğurluq etməkdə şübhəli bilinən rayon sakini Cavid Məcidov saxlanılıb.

Bu barədə KONKRET.az-a DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, dindirilmə zamanı həmin şəxs törətdiyi əməlləri etiraf edib.

Araşdırmalar zamanı məlum olub ki, C.Məcidov rayon ərazisində yerləşən mağazaların birindən 320 manat pul, 480 manat dəyərində danışıq kartı və tütün məmulatı, bir həyətyanı sahədən isə ümumi dəyəri 11.650 manat olan 5 ədəd su mühərriki, müxtəlif növ təmir-tikinti alətləri və elektrik naqilləri, samovar, tikiş maşını və məişət əşyaları oğurlayaraq zərərçəkmişlərə maddi ziyan vurub.

Faktlarla bağlı Neftçala RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*