Nənə və bibisini amansızlıqla qətlə yetirənə AĞIR CƏZA – ÖMÜRLÜK HƏBSbackend

Nənə və bibisini amansızlıqla qətlə yetirənə AĞIR CƏZA - ÖMÜRLÜK HƏBS

Bakıda 88 yaşlı nənəsini və 61 yaşlı bibisini amansızlıqla qətlə yetirməkdə ittiham edilən şəxsin məhkəməsi davam etdirilib.

KONKRET.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfəri öldürməkdə ittiham edilən 1985-ci il təvəllüdlü Samir Mustafayevin cinayət işi üzrə məhkəmə iclası baş tutub.

Hakim İlham Mahmudovun sədrliyi ilə baş tutan məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən Samir Mustafayev ömürlük azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində qeydə alınıb. S.Mustafayev 1932-ci il təvəllüdlü Simuzər Cavadova və 1959-cu il təvəllüdlü Tamilla Cavadovanı yaşadıqları evdə çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib./musavat.com/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*