Gürcüstanda “Mamed Gas”ın rəhbəri Nəriman Allahverdiyev saxlanılıb.
KONKRET.az 24News.ge -yə istinadla xəbər verir ki, “Mamed Gas” MMC-nin rəhbəri Nəriman Allahverdiyev səhər saatlarında hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Yaxınlarının verdiyi məlumata görə, polisə Nəriman Allahverdiyev barəsində böhtan xarakterli şikayətlər daxil olub və o, məhkəmə qərarı əsasında saxlanılıb. Yaxınlarının sözlərinə görə, məsələ artıq aydınlaşdırılıb və Nəriman Allahverdiyevin yaxın günlərdə sərbəst buraxılması gözlənilir.
Onun barəsində Gürcüstan Cinayət Məcəlləsinin 192-ci maddəsi ilə istintaq aparılır.
