İsrail Milli Təhlükəsizlik Şurasının sədri Tsaxi Haneqbi istefa verib.
KONKRET.az xəbər verir ki, baş nazir Binyamin Netanyahu daha əvvəl bu vəzifəyə başqa birini təyin etmək niyyəti barədə açıqlama yaymışdı.
İsrail mətbuatının məlumatına görə, bu qərar ötən ay Qətər ərazisinə zərbə endirmək əmri, həmçinin Qəzza zolağında “Gideon Təkərləri 2” əməliyyatının başlanması ilə bağlı baş nazirlə Haneqbi arasında fikir ayrılıqları fonunda verilib.